Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan ONA-ya verilən məlumata görə, 3 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi genişləndirilib.
Belə ki, Komissiyanın tərkibinə – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru (sədr), Azərbaycan Respublikasının Energetika, Vergilər, Maliyyə, İqtisadiyyat, Ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.