Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirlib.
ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, keçirilmiş hərracda tələb 849 mln. manat olub. Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil edib.