• İQTİSADİYYAT

    10:40 2 aprel 2019

Hesablama Palatası 70 milyon manatdan çox vəsaiti bərpa etdirib

Son 5 ildə Hesablama Palatası tərəfindən 69 milyon 501,9 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.

Sənəddə Hesablama Palatası tərəfindən son 5 ildə dövlət təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə bərpa edilən vəsaitlərin də həcmi açıqlanıb. Son 5 ildə 2 milyon 236,2 min manat dövlət təşkilatlarının, 2 milyon 636,1 min manat DSMF-nin büdcəsinə bərpa edilib. Ümumilikdə Hesablama Palatası son 5 ildə 72 milyon 138 min manat məbləğində vəsaitin bərpasını təmin edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR