• İQTİSADİYYAT

    11:22 23 may 2019

Hesablama Palatası auditorların sayının azaldılmasının səbəbini açıqlayıb

"Hesablama Palatası fəaliyyət göstərdiyi son 18 il ərzində 5 auditor ilə fəaliyyət göstərib, 2 auditor həmişə vakant olub. Yəni ciddi ehtiyac olmadığı üçün və büdcə xərclərinə optimal yanaşma baxımından biz bu dəyişikliyi etmişik".

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, Hesablama Palatasının fəaliyyətində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, keçən ilin oktyabrında Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliyə əsasən auditorların sayı 7-dən 5-ə endirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR