• İQTİSADİYYAT

    10:26 12 aprel 2019

Hesablama Palatası: BSU-da mənimsənilmiş 15 min manat qaytarılıb, mühasiblər işdən azad edilib

Bakı Slavyan Universitetində (BSU) icraçı mühasiblərin tələbələr tərəfindən ödənilmiş 15 min manat təhsil haqqını uçotdan yayındırmaları aşkar edilib.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatası Bakı Slavyan Universitetində apardığı audit yoxlamasında əksini tapıb.

Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.

Sənəddə qeyd edilib ki, universitetdə təhsil haqlarının hesablanması və daxilolmasının düzgünlüyü daxili nəzarət qaydasında yoxlanılıb, nəticəsi 20 iyul 2017-ci il tarixdə universitetin rəhbərliyi tərəfindən təsdiq edilmiş aktla rəsmiləşdirilib. 15 min manat təhsil haqqı məbləğinin həmin mühasiblər tərəfindən universitetin bank hesabına bərpa edilməsi təmin edilib və həmin işçilər tutduqları vəzifələrdən azad ediliblər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR