• İQTİSADİYYAT

    15:44 16 aprel 2019

Azərbaycan Hesablama Palatasında kollegiya iclası keçirilib

Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan ONA-ya verilən məlumata görə, iclasda həyata keçirilmiş nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub. İclasda eləcədə Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan büdcə vəsaitlərin icrasına dair və Azərbaycan Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair mələlər müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Azərbaycan Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulan kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR