• İQTİSADİYYAT

    12:49 1 aprel 2019

Hesablama Palatası: "Proqram və tədbirlərdə büdcə vəsaitləri təyinatı üzrə xərclənməyib"

Ötən il Hesablama Palatasının Kollegiyası tərəfindən 59 nəzarət tədbirinin başlanılması ilə bağlı, hesabatın təqdim edildiyi dövrədək isə 58 tədbirin nəticələri barədə qərar qəbul edilib.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb.

Həmin tədbirlərin 53-ü audit və 5-i təhlil formasında həyata keçirilib. Hesablama Palatasının 2018-ci ildə həyata keçirdiyi auditlərlə 7 931,1 min manat vəsaitin təyinatı üzrə xərclənmədiyi müəyyənləşdirilib. Vəsaitin təyinatı üzrə istifadə edilməməsi halları içərisində proqram və tədbirlərdə, sərəncam, fərman və qərarlarda nəzərdə tutulmayan istiqamətlərə icra edilmiş vəsaitlərin çəkisi daha çox olub.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR