• İQTİSADİYYAT

    15:58 2 aprel 2019

Hesablama Palatası: Tələbləri pozan yük maşınlarından cərimələr yığılmayıb

“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə heç bir daxilolma olmayıb.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Prezidentinin 12 oktyabr 2006-cı il tarixli “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” sərəncamı ilə dövlət büdcəsinin tərkibində yaradılmış “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrində iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələrdən daxilolma nəzərdə tutulduğu halda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda , “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqına” qanun layihəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələrdən daxilolmalar nəzərdə tutulmayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR