• İQTİSADİYYAT

    16:43 18 aprel 2019

Hesablama Palatası üzvlərinin maaşı artırılıb

Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Sənədə əsasən, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər olacaq. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları isə Milli Məclisin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR