• İQTİSADİYYAT

    13:27 30 may 2019

Hesablama Palatası vergi ödəyiciləri haqqında məlumatlar əldə edəcək

Azərbaycan Hesablama Palatası vergi ödəyiciləri haqqında məlumatlar əldə edə biləcək.

ONA-nın məlumatına görə, bu, Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı "Hesablama Palatası haqqında" qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə Hesablama Palatasına verə bilərlər.

Məcəlləyə dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR