Bu gün Hesablama Palatasının illik hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
ONA-nın məlumatına görə, hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. O deyib ki, indiyə qədər Hesablama Palatası Milli Məclisdə hesabat verib, bu il isə parlamentin komitəsində hesabatının müzakirəyə çıxarılması əlamətdar haldır.
V. Gülməmmədov Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib. Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, 2-i xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericilyiinin pozulması, mhasibat və dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb.
V. Gülməmədov nəzərə çatdırıb ki, son 5 ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 milyon manat təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, 4 təklif məqbul sayılmayıb, 4 təklifə münasibət bildirilməyib. 2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə 6 yeni təklif təqdim edib.
V. Gülməmmədov deyib ki, hesabat ilində 8 nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, 1 nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.
Hesablama Palatasının illik hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.