Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
ONA-nın Hesablama Palatasının məlumatına istinadən verdiyi xəbərə görə, kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatı və Hesablama Palatasının rəyi barədə müvafiq qərar qəbul olunib. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.
İclasda, həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı tövsiyə və qaydalar müzakirə olunaraq təsdiq edilib.