• İQTİSADİYYAT

    16:50 19 aprel 2019

Hesablama Palatasında kollegiya iclası keçirilib

Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

ONA-nın Palataya istinadən verdiyi məlumata görə, kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə, o cümlədən dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına ayrılan vəsaitlərin istifadəsinə dair və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrasının təhlilinə dair Auditor Hesabatları müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Azərbaycan Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR