• İQTİSADİYYAT

    15:52 18 aprel 2019

Azərbaycan İstanbulda audit fəaliyyətinin effektivliyinə həsr olunmuş beynəlxalq müzakirələrdə iştirak edir

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin təşkilatçılığı ilə audit fəaliyyətinin effektivliyinin və cəmiyyətə verdiyi əlavə dəyərin ölçülməsində son yanaşmalara və çətinliklər mövzusuna həsr edilmiş müzakirələrdə iştirak etmək məqsədilə İstanbulda səfərdədir.

ONA-nın Hesablama Palatasına istinadən verdiyi məlumata görə, tədbirdə 16-dan çox ölkənin Ali Audit Qurumundan və təşkilatdan olan beynəlxalq iştirakçılar təmsil olunur.

Bu gün tədbirin açılışı olub və Maltepe Universitetinin Mədəniyyət Mərkəzinin Konfrans salonunda keçirilən müzakirələrdə açılış nitqi ilə Beynəlxalq Biznes, İqtisadiyyat və Marketinq Cəmiyyətinin (İBEMS) və onun Konqresin Prezidenti Prof. Dr. Tülin Durukan, Maltepe Universitetinin rektoru, Konqresin Fəxri Prezidenti Prof. Dr. Şahin Karasar, Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Baş, Türkiyə İqtisadiyyat Bankının Orta və Kişik Biznes üzrə məsləhətçisi Prof. Dr. Tamer Müftüoğlu və Marmara Universitetinin akademiki Prof. Dr. Oktay Güvemli çıxış etmiş və bu tədbirə göstərdikləri marağa görə bütün iştirakçılara təşəkkürlərini bildiriblər.

Daha sonra gündəlikdə müəyyən edilmiş mövzular üzrə təqdimatlar verilib. Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Başın moderatorluq etdiyi birinci sessiya zamani dövlət auditinin dəyər və faydaları, bu dəyərin ölçülməsi mövzusunda Maldiv Respublikası və Serbiya AAQ-larının rəhbərlərinin, Əfqanıstan Ali Audit Ofisinin Baş Auditorunun müavininin təqdimatları dinlənilmişdir. Daha sonra kənar dövlət maliyyə auditi sahəsində mühüm əhəmiyyət daşıyan mövzular barədə təqdimatlar edilmiş və müzakirələr aparılıb.

Ümumilikdə müzakirələr 6 istiqamət üzrə sessiyalarda audit fəaliyyətinin əlavə dəyəri və onun ölçülməsi, eləcə də müxtəlif AAQ-lar və maraqlı tərəflərin nöqteyi-nəzərindən bu sahə üzrə iştirakçıların münasibəti barədə fikir və təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.

Müxtəlif mövzular üzrə müzakirələr aprelin 19-da davam etdiriləcək.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR