• İQTİSADİYYAT

    13:17 6 mart 2019

Həsən Ruhani: "Rəşt-Astara dəmiryolu beynəlxalq səviyyədə önəmli layihədir"

Qəzvin-Rəşt dəmiryolunun Ənzəli limanına qədər uzadılması ilə Rusiya, Çin, Mərkəzi Asiya, Azərbaycan, Avropa və Gürcüstandan gələn yüklər Oman və Fars körfəzlərinə çatdırılacaq. ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Gilan əyalətində səfərdə olan prezidenti Həsən Ruhani Lahican şəhərində xalq qarşısında çıxışında bildirib.

Prezident deyib ki, Rəşt-Astara dəmiryolu layihəsi həm milli və həm də beynəlxalq səviyyədə önəmli layihədir. “Bu layihə İran vasitəsi ilə Afrika və Asiyanı şərqə və Avropanın şimalına birləşdirilir. Bu dəmir yolu layihəsi strateji əhəmiyyətə malikdir”.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin iştirakı ilə sabah Qəzvin-Rəşt dəmir yolu layihəsinin açılış mərasimi keçiriləcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR