• İQTİSADİYYAT

    12:02 24 aprel 2019

Heydər Əliyev adına NEZ-də idiyədək 300 mln. ton neft emal olunub

Heydər Əliyev adına Neft Emalı Zavodunun yeni tikilən bitum qurğusu bu ilin ikinci rübündə tam gücünə çıxacağı gözlənilir. ONA-nın məlumatına görə, bunu SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər beynəlxalq konfransında çıxış zamanı zavodun mühəndislik şöbəsinin rəisi Baladadaş Zeynalov bildirib.

Onun sözlərinə görə, 2019-cu il ərzində zavodun planlaşdırılmış təmirə dayandırılması üçün hazırlıq işlərinin aparılması planlaşdırılır.

B. Zeynalov onu da bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodu yarım əsrlik tarixi ərzində 300 mln. ton neft emal edib. Zavodda 15 növ neft məhsulu istehsal edilir.

Zeynalov əlavə edib ki, tikintisi planlaşdırılan (illik 7,5 mln. ton gücündə olan) yeni neftin ilkin emalı qurğusunun dizayn və inşası üzrə EPC (Mühəndislik, Layihələndirmə və Tikinti) podratçının seçilməsi bu il həyata keçiriləcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR