• İQTİSADİYYAT

    13:49 7 may 2019

Hicran Hüseynova: "Azərbaycanda sahibkarların 30%-dən çoxu qadınlardır"

Azərbaycanda sahibkarların 30%-dən çoxunu qadınlar təşkil edir. ONA-nın xəbərinə görə, bunu Dövlət Aqrar Ticarət Şirkətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə layihəsi olan AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsinin təqdimat mərasimində çıxış edən Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, əgər qadınlar istehsal resurslarına kişilər kimi eyni çıxış imkanına malik olsalar, bu zaman qadın fermerlərin əldə etdikləri məhsuldarlıq orta hesabla 20-30% artar.

“Hazırda ölkədə kənd yerlərində yaşayan qadınların sosial və iqtisadi inkişafına dəstək vermək məqsədilə Azərbaycan Kənd Qadınlar Assosiasiyası fəaliyyət göstərir. Özündə 400-dən çox qadını birləşdirən bu təşkilatın çox böyük faydası olacaq. Bizim əsas məqsədlərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığın təmin etməkdir. Biz inanırıq ki kənd təsərrüfatın inkişafı qadınlar üçün yeni imkanlar yaradacaq”, - deyə H. Hüseynova qeyd edib.

O həmçinin bildirib ki, kəndlərdə qadın və qızların sosial və iqtisadı həyatda iştirakına əngəl olan səbəblərin təhlilini aparılıb və qiymətləndirmə zamanı, bir neçə məsələ müəyyən olunub.

“Kənd yerlərində qadın məşğulluğu ilə bağlı real vəziyyəti öyrənmək, qadınların bacarıq və peşə hazırlığının səviyyəsini dəqiqləşdirmək, tələbatları müəyyən etmək, kənd yerlərində qadınların peşə hazırlığını gücləndirmək və qadınlar arasında məşğulluğun artırılması ilə bağlı xüsusi proqramlar hazırlanmalıdır”, - deyə H. Hüseynova bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR