• İQTİSADİYYAT

    12:03 14 mart 2019

Hökumət xidməti maşınla təmin edilməli olan vəzifələrin siyahısı ilə bağlı təkliflərə baxır

“Hazırda xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı ilə bağlı təkliflərə baxılır”.

ONA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifov deyib ki, Maliyyə Nazirliyi bu istiqamətdə təkliflər hazırlayıb: “Ancaq xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı ilə bağlı son qərar qəbul edilməyib. Bu qərarı qəbul etmək Maliyyə Nazirliyinin səlahiyyətində deyil”.

Qeyd edək ki, baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” 24 yanvar 2019-cu il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməli idi. Bu müddət fevralın 23-də bitib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR