• İQTİSADİYYAT

    07:34 5 mart 2021

İlon Mask fond satışları zamanı 6,2 mlrd. dollar itirib

Amerikalı milyarder İlon Maskın aktivlərinin ümumi dəyəri sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin qiymətinin təxminən 5% azalması fonunda ABŞ-dakı fond birjasının nəticələrindən sonra 6,2 milyard dollar azalıb.

APA xəbər verir ki, belə bir nəticəni “Forbes” jurnalı təqdim edib.

Nəşrin hesablamalarına görə, iş adamının sərvəti 150,9 milyard dollara düşüb. “Tesla”nın səhmləri ticarət sessiyasının sonunda 32,25%-dək azalaraq (4,94%) 620 dollara düşüb.

“Forbes”in hesablamasına görə, İlon Mask dünyanın ən varlı insanlarının reytinqində üçüncü yerdədir. O, ABŞ-ın “Amazon” şirkətinin rəhbəri Ceff Bezosdan (175,4 milyard dollar) və Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun baş direktoru Bernard Arnodan (155,6 milyard dollar) geri qalır.

“Bloomberg” agentliyinin hesablamalarında isə Maskın sərvətinin ümumi dəyəri 160 milyard dollardan çox qiymətləndirilir. Həmin nəticələrə görə, dünyanın ən varlı adamları siyahısında İ.Mask ikinci yerdədir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR