• İQTİSADİYYAT

    12:52 27 may 2019

İbrahim Alışov: "Prezidentin problemli kreditlər üzrə fərmanının icrası yekunlaşma fazasındadır"

Problemli kreditlər üzrə Azərbaycan Prezidentinin fərmanının icrası yekunlaşma fazasındadır.

ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov deyib.

Onun sözlərinə görə, problemli kreditlər üzrə 90%-dən artıq vəsait insanlara ödənilib.

İ. Alışov qeyd edib ki, müəyyən edilməmiş səbəblərdən kompensasiya məbləği 500 manatdan aşağı olan altı minə yaxın kart sahibi hələ də “Azərpoçt”a müraciət etməyib. Ola bilər ki, bunun səbəbi kompensasiya məbləğlərinin az olduğundandır (20-50 manatdan az).

Emil

Teqlər:

SON XƏBƏRLƏR