"Deutsche Bank"ın mütəxəssisləri dünyada ən bahalı ictimai nəqliyyatı olan şəhərlərin reytinqini tərtib edib. Xərcləri qiymətləndirmək üçün hər bir şəhərdə ictimai nəqliyyatda aylıq biletin dəyəri götürülüb.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siyahıya Böyük Britaniyanın paytaxtı London başçılıq edir. Bu şəhərdə bir ay ərzində ictimai nəqliyyatdan istifadə etmək təxminən 180 ABŞ dollarına başa gəlir. Şəhərdə 700-ə yaxın marşrut avtobusu fəaliyyət göstərir. Bu avtobuslar özəl operatorlar tərəfindən idarə olunur. Londonun simvollarından biri ikimərtəbəli qırmızı avtobuslardır.
Bundan başqa, şəhər ən qədim metropolitenə malikdir. Hazırda London metrosu ümumi uzunluğu 402 km təşkil edən 11 xətdən və 270 stansiyadan ibarətdir. Şəhər metrosu il ərzində 1 milyarda yaxın sərnişinə xidmət göstərir. Bu göstəriciyə görə London metrosu yalnız Moskva və Paris metropolitenlərinə uduzur.
İctimai nəqliyyatı ən bahalı olan şəhərlərin reytinqi:
# |
Şəhər |
Ölkə |
Aylıq gediş haqqı, ABŞ dolları |
1 |
London |
Böyük Britaniya |
179,4 |
2 |
Dublin |
İrlandiya |
128,1 |
3 |
Oklend |
Yeni Zelandiya |
125,7 |
4 |
Tokio |
Yaponiya |
123,1 |
5 |
Nyu-York |
ABŞ |
121 |
6 |
Sidney |
Avstraliya |
120,6 |
7 |
Vellinqton |
Yeni Zelandiya |
113,1 |
8 |
Toronto |
Kanada |
107,5 |
9 |
Çikaqo |
ABŞ |
107 |
10 |
Melburn |
Avstraliya |
102,3 |