Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyə Korporasiyası (IFC – International Finance Corporation) Azərbaycan banklarına yerli valyutanın cəlb edilməsində yardım edəcək. Bu barədə ONA-ya IFC-nin Bakı ofisinin rəhbəri Aliyə Əzimova məlumat verib.
Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ banklarla danışıq predmeti olduğu üçün bu barədə ətraflı açıqlama vermək mümkün deyil: “Lakin onu deyə bilərəm ki, söhbət kiçik və orta biznesin kreditləşdirilməsindən və yerli valyutada cəlb edilməsindən gedir. Hazırda bazarda kiçik və orta biznes tərəfindən tələbat əsasən manat kreditlərinədir. Məhz buna görə biz maliyyə institutlarına yardım etmək istəyirik ki, bu resursları onlar yerli valyutada cəlb edə bilsinlər”.