• İQTİSADİYYAT

    15:35 9 aprel 2019

IFC Azərbaycan üzrə kredit portfelinin həcmini artıracaq

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC – International Finance Corporation) Azərbaycan üzrə kredit portfelinin həcmini artırmaq niyyətindədir. Bu barədə ONA-ya IFC-nin Bakı ofisinin rəhbəri Aliyə Əzimova məlumat verib.

Onun sözlərinə görə, IFC sərmayələrin rəqabət qabiliyyətli və ixrac yönümlü müəssisələrə yatırılmaq niyyətindədir ki, bu da ölkədə valyuta qaynaqlarının diversifikasiyasına yönəlib.

“20 ildən çox bir müddət ərzində Azərbaycan üzrə investisiyaların həcmi 800 mln. dollar təşkil edib. Hazırda bizim portfelimiz təxminən 40 mln. dollar civarındadır. Biz onun həcmini daha da artırmaq niyyətindəyik. Burada söhbət ixracın diversifikasiyasından gedir. Biz dövlət və özəl tərəfdaşlığı vasitəsilə infrastruktur sektorlarına özəl investisiyaların cəlb edilməsində maraqlıyıq. Elə sektorlar mövcuddur ki, onları kommersiyalaşdırmaq olar, elə sektorlar da var ki, onlar artıq kommersiyalaşdırılıb. Biz bəzi infrastruktur sektorlara özəl investisiyalar cəlb etmək istərdik”, - deyə A. Əzimova bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR