Beynəlxalq Maliyyə Korporasiyası (IFC) investisiya mühitinin yaxşılaşdırılmasına, özəl investisiyaların cəlb edilməsinə və davamlı maliyyə sektorunun qurulmasına yardım etməklə Azərbaycanın inkişaf hədəflərinə çatmasına dəstəyini davam etdirəcək.
ONA-nın xəbərinə görə, bunu “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan tədbirində çıxış edən IFC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.
Onun sözlərinə görə, ötən həftə Korporasiya Azərbaycan hökuməti ilə 6 saziş imzaladı: "Ölkədə sosial və iqtisadi təhlükəsizliyin təmin olunmasında ictimai və dövlət maraqları, habelə biznesin aparılması üçün ədalətli şərtlər, qanunun aliliyi və dəqiq qaydaları təşviq və özəl sektorun maraqlarını təmin etməklə bitərəf vasitəçi kimi fəaliyyət göstəririk”.