• İQTİSADİYYAT

    12:05 5 aprel 2019

IFC Azərbaycanın kənd təsərrüfatı sektorunda rəqabətliliyin artırılmasına dəstək verəcək

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sektorunda rəqabətliliyin artırılmasına dəstək verəcək. ONA-nın məlumatına görə, bunu "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda keçirilən konfransda çıxış edərkən IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı sektoru az inkişaf etmiş dəyər zəncirləri və əhatəli olmayan qida təhlükəsizliyi idarəetmə sistemi kimi maneələrlə üzləşir.

"Bunları həll etmək üçün tənzimləmə sistemi təkmilləşdirmək və milli qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsini dəstəkləməkdir", - deyə A. Əzimova qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR