• İQTİSADİYYAT

    17:00 18 aprel 2019

Azərbaycanda iflas haqqında iş üzrə məhkəmə baxışı qaydası müəyyənləşib

Azərbaycanda iflas haqqında iş üzrə məhkəmə baxışı qaydası bəlli olub.

ONA-nın məlumatına görə, bununla bağlı “Müflisləşmə və iflas haqqında” qanuna yeni 10-1-ci maddə ( İflas haqqında iş üzrə məhkəmə baxışı) əlavə edilir.

Yeni maddəyə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil odluğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidir. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə dərc edilməlidir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR