• İQTİSADİYYAT

    15:54 9 aprel 2019

İpoteka və Kredit Zəmanət Fondu bu günədək 24,7 mln. manat məbləğində sahibkarlıq kreditləri verilib

İpoteka və Kredit Zəmanət Fondun əmanəti ilə müvəkkil kredit təşkilatları tərəfindən bugünədək 24,7 mln. manat məbləğində sahibkarlıq kreditləri verilib. Bu kreditlər üzrə hesablanmış subsidiyanın məbləği isə 3,7 mln. manata çatıb.

ONA Fonda istinadən xəbər verir ki, kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, onların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını təmin etmək üçün hazırda maliyyə məhsullarının sahibkarların ehtiyaclarına uyğunlaşdırılması istiqamətində müvafiq araşdırmalar və təhlillər aparılır. Yaxın gələcəkdə mexanizmin tətbiqi ilə bağlı görülən işlərin genişləndirilməsi, digər maliyyə məhsulları ilə yanaşı sahibkarların idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumları və ödənişlərinin aparılmasına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması, şəffaflığın və effektivliyin təmin edilməsi, o cümlədən kağız daşıyıcılardan istifadənin azaldılması məqsədilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə müvafiq olaraq elektron sistem yaradılıb və ipoteka kreditləri üzrə müraciətlərin qəbulu, ipoteka kreditlərinin rəsmiləşdirilməsi və maliyyələşdirilməsi prosesi avtomatlaşdırılıb. Elekton sistem “Elektron Hökumət” portalına tam inteqrasiya olunub. Qeyd olunanlarla yanaşı, Fondda maliyyə uçotunun qurulması, eləcə də daxili əməliyyatlar da tam elektron formada həyata keçirilir. Bütövlükdə, tətbiq edilən qabaqcıl texnologiyalar Fondda idarəetmə proseslərinin məhsuldarlığını xeyli yüksəltməklə onun maliyyə və digər risklərinin effektiv idarə olunmasına imkan verir.

Fondun kapitallaşmasına gəlincə, 2019-cu il martın 7-də Prezident İlham Əliyevin Fərmanı ilə Fondun nizamnamə kapitalı 100 mln. manat artırılaraq 566 mln. manata çatdırılıb. Ayrılan vəsaitin hər il olduğu kimi 2019-cu ildə də güzəştli ipoteka kreditlərinə yönəldilməsi nəzərdə tutulur.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR