• İQTİSADİYYAT

    15:35 19 mart 2019

Azərbaycanın ən çox ticarət dövriyyəsi olan ölkələr müəyyənləşib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət dövriyyəsi olan ölkələr İtaliya, Türkiyə, Rusiya, Almaniya, İsveçrə, İran, Çin, Hindistan, İspaniya və Kanada olub. ONA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk üçlüyə İtaliya, Türkiyə və Rusiya daxil olub. Belə ki, İtaliya ilə 1 239 616,08 min, Türkiyə ilə 471 377,05 min, Rusiya ilə isə 340 512,08 min ABŞ dollarlıq dövriyyə olub. İlk onluğun sonuncu pilləsində isə Kanada yer alıb. Bu ölkə ilə də Azərbaycanın ticarət dövriyyəsi iki ay ərzində 149 496,90 min dollar olub.

Qeyd edək ki, ötən ilin ilk iki ayı ərzində Azərbaycanın ən çox ticarət dövriyyəsində ilk üçlükdə İtaliya, Rusiya və Almaniya olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR