Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) cari ilin sonunadək istifadəyə veriləcək. ONA-nın xəbərinə görə, bunu Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlıq sazişlərin və anlaşma memorandumlarının imzalanma mərasiminə həsr olunan mətbuat konfransda çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə deyib.
Agentliyin rəsmisinin sözlərinə görə, söhbət bir neçə moduldan ibarət olan sistemdən gedir ki, onun qeydiyyat modulu artıq təhvil verilib.
“Düşünürük ki, ümumi layihə çərçivəsində biz yeni modulları əlavə edə biləcəyik və bu da idxal-ixrac məsələlərini və risk meyarlarını əhatə edəcək. Eyni zamanda, bizim geniş laboratoriya şəbəkələrimiz var ki, onlar da həmin sistemin tərkib hissəsi olacaq”, - deyə R. Rüstəmzadə bildirib.