"Deutsche Bank" internet tarifləri ən bahalı olan şəhərlərin reytinqini dərc edib. Reytinqin hazırlanması zamanı hər şəhərdə sürəti 8 Mbps olan 1 aylıq internet xərci qiymətləndirilib.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya xidmətləri bazarının iki əsas iştirakçısı var. Bazarda bir neçə kiçik operator da mövcuddur, lakin onların iştirakı çox azdır.
Şəhərdə internetin sürətinin aşağı olmasına baxmayaraq, qiymətlər yüksəkdir. İstifadəçi provayderlə ən azı ikiillik müqavilə bağlamalıdır və abunəçi müqaviləni ləğv etmək istəsə, bunun cəriməsini ödəməlidir. Bu şəhərdə internetdən 1 ay istifadə təxminən 82 ABŞ dollarına başa gəlir.
İnterneti baha olan TOP-10 şəhər:
# |
Şəhər |
Ölkə |
8 Mbps sürətli internetin aylıq qiyməti, ABŞ dolları |
1 |
Dubay |
BƏƏ |
82 |
2 |
Dublin |
İrlandiya |
52 |
3 |
San-Fransisko |
ABŞ |
52 |
4 |
Nyu-York |
ABŞ |
52 |
5 |
Boston |
ABŞ |
50 |
6 |
Oklend |
Yeni Zelandiya |
50 |
7 |
Vellinqton |
Yeni Zelandiya |
46 |
8 |
Ər-Riyad |
Səudiyyə Ərəbistanı |
46 |
9 |
Yohannesburq |
CAR |
46 |
10 |
Keyptaun |
CAR |
43 |