Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qiymətli kağızlar bazarında investisiya şirkətlərinin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə “PASHA Capital” başçılıq edir.
ONA-nın Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, hesabat dövründə şirkət ümumi dəyəri 1 851 691 976,67 manat olan xidmətlər göstərib. İkinci yeri ümumi həcmi 627 345 168,23 manat olan “AzFinance” tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 414 498 971,39 manatla “Invest-AZ” qərarlaşıb.
Qeyd edək ki, dövlət istiqrazları üzrə ən iri həcmli əməliyyat “PASHA Capital”a məxsus olub – 1 810 559 595,86 manat. Korporativ istiqrazlar üzrə isə ən böyük göstərici “AzFinance” investisiya şirkətində olub – 61 420 517,03 manat.
# |
Adı |
İllik dövriyyə (AZN) |
||
1 |
“PASHA Capital” |
1 851 691 976,67 |
||
2 |
“AzFinance” |
627 345 168,23 |
||
3 |
“Invest-AZ” |
414 498 971,39 |
||
4 |
“Xalq Capital” |
357 705 997,80 |
||
5 |
|
35 321 405,84 |
||
“PSG Capital” |
28 812 737,92 |
|||
7 |
“BTB Capital” |
11 448 577,19 |