Azərbaycanda fəaliyyət göstərən birja üzvlərinin bu ilin yanvar-mart ayları üzrə dövriyyəsi məlum olub.
ONA-nın Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, hesabat dövründə ən böyük əməliyyat həcmi "Paşa Kapital" investisiya şirkətinə məxsus olub - 2 549,317 mln. manat olub. Ən az dövriyyə isə "BTB Kapital" investisiya şirkətinə məxsus olub. Belə ki, şirkətin cari ilin birinci rübündə dövriyyəsi 21,386 mln. manat təşkil edib.
İnvestisiya şirkətləri |
Əməliyyatların həcmi AZN |
"Paşa Kapital" |
2 549 317 421,98 |
"AzFinance" |
839 790 173,53 |
"İnvestAz" |
567 027 867,98 |
"Xalq Kapital" |
564 163 765,93 |
"Unicapital" |
491 601 692,25 |
"PSG Kapital" |
59 315 013,70 |
"BTB Kapital" |
21 386 938,53 |