Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.
ONA xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır: “Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar - 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”.