• İQTİSADİYYAT

    11:35 24 aprel 2019

Bu il Azərbaycanda sahibkarlara 34 mln. manata yaxın güzəştli kredit verilib

Azərbaycan İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu 2019-cu il başlayandan bu günə kimi sahibkarlara 33,7 mln manat məbləğində güzəştli kredit verib. Bu barədə ONA-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məumata görə, bu il ümumi dəyəri 145,7 mln manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 33,7 mln. manat həcmində güzəştli kredit verilib.

"Əsas maliyyələşdirilmə istehsal və emal yönümlü layihələrə ayrılıb. Ümumilikdə, ilin sonuna kimi Fond tərəfindən sahibkarlara 160 mln. manat güzəştli kreditin verməsi gözlənilir", - deyə Nazirlikdən bildirilib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR