“IrAero” Çelyabinsk-Bakı aviareysi üzrə uçuşlara başlayıb
  • İQTİSADİYYAT

  • 13:10 09 Aprel 2019

“IrAero” Çelyabinsk-Bakı aviareysi üzrə uçuşlara başlayıb

Bu gündən etibarən Rusiyanın “IrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayıb.

ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II günü “Sukhoi Superjet 100” avialayneri ilə yerinə yetirilir. Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxır. Uçuşun ümumi vaxtı 3 saat təşkil edir.

İyunun 20-dən etibarən sözügedən aviareys üzrə uçuşlar həftənin IV günləri həyata keçiriləcək.

Qeyd edək ki, Çelyabinsk-Bakı-Çelyabinsk aviareysi üzrə biletin minimal qiyməti 10 min rubl (264 manat) təşkil edir.

OXŞAR XƏBƏRLƏR