• İQTİSADİYYAT

    12:07 2 may 2019

İran Azərbaycan və Rusiyanın dəmir yolları vasitəsilə məhsullarını Orta Asiyaya çatdıracaq

İran Azərbaycan və Rusiya ilə birlikdə müştərək şirkət yaradaraq, dəmir yolu vasitəsilə məhsulların Orta Asiyaya tranzit olunması haqqında razılığa gəlib. ONA-nın Tehran bürosunun məlumatına görə, bunu “İran Dəmir Yolları” şirkətinin Rəyasət Heyətinin üzvü Babək Əhmədi deyib.

Şirkətin daha çox gəlir əldə etmək üçün güzəştlər tətbiq etdiyini deyən B. Əhmədi qeyd edib ki, İran qatarlarının qonşu ölkələrə səfərinin artması, dəmir yolları dəhlizlərinin inkişaf etdirilməsi, yük vaqonlarının dayanma vaxtının azaldılması və bu kimi digər addımlar ataraq, tranzit yüklərinin daşınması üçün daha əlverişli şərait yaradıb.

B. Əhmədinin sözlərinə görə, İranın dəmir yolu tranzitindən əldə etdiyi gəlir 77% artıb. Xarici ticarətdə beynəlxalq yüklərin daşınması orta hesabla hər bir ton-kilometr qarşılığında İrana 1,4 mln. rial (təxminən 33,3 ABŞ dollar) gəlir gətirir.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR