• İQTİSADİYYAT

    13:54 14 mart 2019

İran Azərbaycanla investisiyaların sığortası üzrə sazişin imzalanmasında maraqlıdır

İran Azərbaycanla sərmayələrin sığortası sazişinin imzalanmasında maraqlıdır. ONA-nın məlumatında görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes və investisiya forumu çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, iki ölkənin iqtisadi fəallarına bir-biri ilə daha rahat əməkdaşlıq etməsinə və bu əlaqələrin böyük etimadla genişləndirməsinə imkan yarada bilər.

"Sığorta sahəsində saziş imzalamaliyiq ki, bu sahədə də məsul şəxslər də hazırda Azərbaycanda səfərdədirlər. Bunun sayəsində biz ticarət əlaqələrimizi genişləndirə bilərik", - deyə nazir bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR