• İQTİSADİYYAT

    16:43 14 mart 2019

İran Mərkəzi Bankının sədri: "İran qonşu ölkələrlə geniş ticarət əlaqələri qurmaqla sanksiyaların təsirini azaldır"

İran Azərbaycan, İraq, Türkiyə və Əfqanıstanla geniş ticarət əlaqələri qurmaqla öz iqtisadiyyatında böyük dəyişiklik formalaşdırır və sanksiyaların təsirini azaldır. ONA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhanini İraq səfərində müşayiət edən bu ölkənin Mərkəzi Bankının sədri Əbdünnasir Himməti deyib.

Ə. Himməti bildirib ki, İran yeni ticarət strategiyasında dünya və region ölkələri ilə ticari mübadilədə dollardan imtina edəcək və ticarətini milli valyuta ilə həyata keçirəcək: “ABŞ-ın sanksiyalarına görə İranla İraq arasında pul mübadiləsində məhdudiyyətlərin olması iki ölkənin bank əlaqələrində problemləri artırıb. Lakin biz mövcud şəraiti dərk edərək, iraqlı həmkarlarımızla birgə xüsusi ödəniş mexanizmindən istifadə edərək, işlərimizi irəli aparacağıq”.

Mərkəzi Bankın sədri vurğulayıb ki, növbəti addım bu strategiyanı digər qonşu ölkələrlə də əməkdaşlıqda istifadə etməkdir: “Bu, bizim birbaşa idxaldan asılılığımızı azaldacaq. Həmin ölkələrdən İrana ixrac olunan malların əvəzində İranda həmin ölkələrə məhsullar ixrac edəcək”.

Ə.Himməti deyib ki, İran hazırda milli istehsal, ixracat, neft satışından və hazır məhsulların idxalından asılılığı azaltmaq məqsədilə ölkədaxili potensialdan istifadə üçün xüsusi bir şəraitdədir və sanksiyaların uğursuz olmasında bu potensialdan istifadə rol oynaya bilər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR