• İQTİSADİYYAT

    15:31 12 mart 2019

İran və Rusiya Azərbaycan vasitəsi ilə elektrik şəbəkələrini birləşdirə bilər

İran və Rusiya Azərbaycan vasitəsi ilə elektrik şəbəkələrini birləşdirə bilər.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İranın energetika naziri Reza Ardakanian deyib. O bildirib ki, rusiyalı həmkarı Aleksandr Novakla bu gün telefon danışığı zamanı elektrik şəbəkələrinin Ermənistan, Gürcüstan və Azərbaycan vasitəsi ilə birləşdirilməsini müzakirə ediblər. Nazirin sözlərinə görə, telefon danışığı zamanı həmçinin “Sirik” istilik elektrik stansiyasının 4 blokunun tikintisi və digər məsəllərə də toxunulub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR