• İQTİSADİYYAT

    16:59 6 mart 2019

İranda Qəzvin-Rəşt dəmir yolu xətti istismara verilib

İranda Qəzvin-Rəşt dəmir yolu xətti bu gündən rəsmən istismara verilib.

ONA-nın Tehran bürosunun məlumatına görə, dəmir yolu xətti İran prezidenti Həsən Ruhaninin iştirakı ilə rəsmən fəaliyyətə başlayıb.

İlk qatarla Rəşt şəhərindən şəhid və qazilərin ailələrindən ibarət 120 nəfər Məşhəd şəhərinə ezam olunub.

Qeyd edək ki, Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinə 2006-cı ildə başlanılıb. Dəmir yolunda 6 dayanacaq, 28 kilometr tunel, 9 kilometr körpü tikilib. Qəzvin-Rəşt dəmir yolu layihəsi ilə ilk mərhələdə ildə 4 milyon sərnişin və 1 milyon 500 ton yük daşınacaq. Tədricən bu rəqəm 5,8 milyon sərnişin və 7 milyon ton yükə qədər artırılacaq.

Uzunluğu 164 kilometr olan Qəzvin-Rəşt dəmir yolunun tikintisinə 60 milyard rial (təqribən 4,5 milyard dollar) vəsait xərclənib.

Süleyman Fərzəliyev

Aytən

Teqlər:

SON XƏBƏRLƏR