İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana səfər edəcək.
ONA-nın Tehran bürosunun məlumatına görə, nazir martın 14-də Azərbaycan-İran hökumətlərarası komissiyanın 13-cü iclasında iştirak edəcək.
Qeyd edək ki, ötən həftə iqtisadiyyat naziri Şahin Mustafayev və xarici işlər naziri Elmar Məmmədyarov İranda səfərdə olub.