İspaniyanın Kataloniya Muxtar vilayətinin Barselona şəhərində yerləşən “Activa” şirkətinin prezidenti Xesus Serra AMEA Yüksək Texnologiyalar Parkına (YTP) səfər edib. YTP-dan ONA-ya verilən məlumata görə, səfərin məqsədi innovativ layihələrin birgə icra olunması imkanlarının və şirkətə YTP-ın rezidenti statusunun verilməsinin araşdırılması ilə əlaqədar olub.
Qeyd edək ki “Activa” şirkəti ekoloji memarlıq sahəsində innovativ boya məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. Bu boyalar bioloji maddələrlə zəngindir. Belə ki, boya üzərinə işıq şüaları düşdükdə boyanın daxilindəki maddələr ətrafdakı mikrobları neytrallaşdırır.
YTP-ın direktoru Nazim Şükürov “Activa” şirkətinin rəhbərliyinə texnopark haqqında və rezidentlərə şamil olunan güzəştlər barədə məlumat verib.