İtalyanın “Saipem Asia Sdn.Bhd” Azərbaycandakı filialının ləğv olunmasını elan edib.
ONA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar 2 ay ərzində tələbini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96, Landmark 1, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Saipem” neft-qaz sənayesində obyektlərin inşası ilə məşğul olan beynəlxalq podratçıdır. Şirkət həm quruda həm də dənizdə neft sənayesi üçün texnoloji cəhətdən mürəkkəb layihələr işləmək üçün müxtəlif xidmətlər təklif edir.