• İQTİSADİYYAT

    12:42 1 iyun 2019

İxtira, əmtə nişanı və coğrafi göstəricilərin mühafizəsinə görə ödəniləcək məbləğlər açıqlanıb

Nazirlər Kabineti “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”ni təsdiq edib.

ONA-nın məlumatına görə, qərara əsasən, ödəniləcək haqların məbləği aşağıdakı kimi müəyyənləşib:

İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması:

- bir iddia sənədi üçün 10 manat;

- bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) 10 manat.

Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün 50 manat.

Lisenziya müqavilələrinin qeydiyyata alınması:

- ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün 25 manat;

- ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) 20 manat;

İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklər edilməsi üçün 10 manat.

İlkin istifadəçinin hüquqlarının tanınması məqsədilə onun iddiasına baxılması üçün 25 manat.

İxtira patentinin qüvvədə saxlanılması:

- 3-cü ildən 10-cu ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;

- 11-ci ildən 20-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla;

- 21-ci ildən 25-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla;

- Faydalı model patentinin qüvvədə saxlanılması üçün 3 ildən 10 ilə kimi – fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla.

Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması:

- 3-cü ildən 10-cu ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;

- 11-ci ildən 15-ci ilə kimi fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla;

- Patentin qüvvədəolma ilində illik haqqın ödənilməsi ilə bağlı ötürülən müddətin verilməsinə görə hər ay üçün fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat.

İddia sənədinin ekspertizası (ilkin ekspertiza da daxil olmaqla):

- bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün 20 manat;

- əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün 7 manat;

- əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün 7 manat;

- sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün 5 manat;

- iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün 1 manat;

- ekspertizanın sorğusuna cavabın verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 1 (bir) ay müddətinə uzadılması üçün 10 manat.

İddiaçının vəsatəti əsasında iddia sənədinin mahiyyətcə ekspertizası:

- ixtira 90 manat;

- faydalı model və sənaye nümunəsi 60 manat;

- əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün 25 manat;

- əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün 10 manat;

- sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün 10 manat;

- İddia sənədinin verildiyi tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün 6 manat;

- İddiaçının vəsatəti əsasında ixtira barədə iddia sənədinin faydalı model barədə iddia sənədinə (və ya əksinə) çevrilməsi üçün 7 manat;

- İddia sənədi üzrə ilkinliyin tələb edilməsi üçün 20 manat;

- İddia sənədi üzrə ilkinliyin tələb edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadılması üçün 30 manat;

- İddia sənədinə dair məlumatın dərc edilməsi üçün 6 manat;

- İdiaçının vəsatəti əsasında iddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərc edilməsi üçün 30 manat;

- Dərc edildikdən sonra iddia sənədinin materialları ilə maraqlı şəxslərin tanış olması üçün 10 manat.

İddiaçının vəsatəti əsasında iddia sənədi barədə məlumat axtarışının aparılması və hesabatın hazırlanması:

- ixtira 70 manat;

- faydalı model və sənaye nümunəsi 60 manat;

- İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi 30 manat;

- İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1(v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün 10 manat.

Əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlər:

- Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün 30 manat;

- Göstəricinin reyestr məlumatlarından çıxarışın verilməsi üçün 10 manat;

- Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün 60 manat.

Lisenziya müqavilələrinin qeydə alınması:

- bir ədəd əmtəə nişanı üçün 80 manat;

- bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün 50 manat;

- Əmtəə nişanına dair hüquqların verilməsi barədə və qeydə alınmış lisenziya müqavilələrində dəyişikliklərin aparılması üçün 11 manat.

Qeydiyyatın qüvvədəolma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması:

- əmtəə nişanı üçün 95 manat;

- coğrafi göstərici üçün 45 manat;

- kollektiv nişan üçün 145 manat.

Qeydiyyatın qüvvədəolma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 (altı) ay müddətinə görə, hər ay üçün:

- əmtəə nişanı üçün 5 manat;

- coğrafi göstərici üçün 5 manat;

- kollektiv nişan üçün 5 manat;

- İddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadılması üçün 30 manat;

- İddia sənədinin ilkin ekspertizası üçün 40 manat;

- İddia sənədinin ekspertizası üçün 135 manat;

- Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün 15 manat;

- İddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadılması 25 manat;

- İddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün 30 manat;

- İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi üçün 40 manat.

Patent müvəkkillərinin attestasiyası ilə bağlı göstərilən xidmətlər:

- Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün 20 manat;

- Patent müvəkkillərinin qeydiyyata alınması üçün 5 manat;

- Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc edilməsi üçün 5 manat.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR