“Buta Airways” aviaşirkəti cari ilin iyun ayından etibarən Gürcüstanın Batumi şəhərinə birbaşa uçuşlar təşkil edəcək.
ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında şirkətinin direktoru Nazim Səmədov deyib.
Onun sözlərinə görə, aviabiletlərin qiyməti 29 avrodan başlayacaq.
Şirkət rəhbəri Bakı-Həştərxan aviareysinin açılışı barədə danışarkən qeyd edib ki, bu aviareysin açılışı hər iki ölkə vətəndaşlarını daha yaxın edəcək, həmçinin iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində, biznes dövriyyənin artırılmasında və turizmin inkişafında böyük rol oynayacaq.
"Hazırda qeyd olunan istiqamət üzrə həftədə 2 dəfə uçuşlar təşkil olunub. Sərnişinlərin sayının çoxalmasından asılı olaraq, uçuşların sayı artırılacaq", - deyə N. Səmədov bildirib.