• İQTİSADİYYAT

    10:38 25 aprel 2019

Niderlandın ticarət missiyası Azərbaycana səfər edəcək

"İyunun ikinci həftəsində Niderlandın ticarət missiyası Azərbaycana səfər edəcək".

ONA-nın məlumatına görə, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.

O bildirib ki, bu səfər Azərbaycan-Aİ biznes forumu çərçivəsində baş tutacaq. Səfir əlavə edib ki, Azərbaycanda bizneslə məşğul olan Hollandiya şirkətlərinin sayı artır və iki ölkə arasında ticarət və iqtisadi sahələrdə əlaqələr inkişaf edir: “Əvvəllər bu əlaqələr əsasən neft və qaz sahəsində cəmləşirdi, indi isə ölkələr kənd təsərrüfatı sahəsində aktiv şəkildə əməkdaşlıq edir. Keçən il Azərbaycanın baş nazirinin müavini Niderlanda səfər edərək kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb. Niderland Azərbaycanda model fermasının tikintisi məqsədilə araşdırmalar üçün 300 min avro ayırıb".

Səfir qeyd edib ki, mayın ortalarında “Caspian Agro” kənd təsərrüfatı sərgisi keçiriləcək və burada ən azı 20 Hollandiya şirkəti iştirak edəcək. O həmçinin Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların son mərhələdə olduğunu xatırladıb: "Bu sazişin imzalanması əlaqələrin inkişafına səbəb olacaq. Burada iqtisadi müddəalar yer alacaq və bu da Azərbaycan bazarını daha əlçatan edəcək”.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR