Bu ilin aprelin 1-nə "Kapital Bank"ın aktivlərinin həcmi 3,6 mlrd. manat təşkil edib.
Bankdan ONA-ya verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə 1,5 mlrd. manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2019-cu il tarixinə 2,7 mlrd. manat olub. Əhalinin əmanətlərinin həcmi isə artaraq 1 mlrd. manat təşkil edib.
Bankın 1 aprel 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 391,2 mln. manat, adi və imtiyazlı səhmlər isə 225,8 mln. manat təşkil edib.