• İQTİSADİYYAT

    10:26 10 aprel 2019

"Kapital Bank" Frankfurtda keçirilən beynəlxalq forumda iştirak edir

Frankfurt şəhərində Almaniyanın ən böyük maliyyə qurumlarından olan "Commerzbank"ın təşkilatçılığı ilə “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumu keçirilir. Tədbirdə "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edirlər.

"Kapital Bank"dan ONA-ya verilən məlumata görə, forum dünyanın bütün kapital bazarlarında infrastruktur imkanlarını kəşf etmək, eləcə də investorlarla görüşmək və investisiya imkanlarının genişləndirmək üçün bir platformadır. Tədbir inkişaf etməkdə olan bazarların qeyri-müəyyənliyinin müzakirəsi, qlobal iqtisadiyyatda müxtəlif investisiya risklərinin nəzərdən keçirilməsi, investisiya risklərinin bölüşdürülməsi mexanizmləri, maliyyə dayanıqlığının təmin edilməsi üçün strateji keçidlərin yaradılması və digər sahələri əhatə edir.

“Maliyyə dünyasının sərhədləri yoxdur – xüsusən Şərq, Qərb, Şimal, Cənub üçün açıq olan Azərbaycan kimi bir ölkədə. Bizim istəyimiz qlobal rəqabətdə aktual qalmaq və dünya iqtisadiyyatının Azərbaycana və regionumuza, o cümlədən qonşu ölkələrə təsir göstərən çətinliklərin öhdəsindən gəlməkdir. Məhz bu kimi tədbirlərdə iştirak etməklə həm xarici həmkarlarımızla fikir mübadiləsi apara, həm də dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübələrini fəaliyyətimizə tətbiq edə bilirik”, - deyə "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, proqram çərçivəsində həmçinin forum iştirakçıları ilə görüşlər keçirilib və dünyanın bir neçə nüfuzlu maliyyə qurumları ilə gələcək əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR