"Kapital Bank" yenilənən Sabirabad və Masallı filiallarını istifadəyə verib. Bankdan ONA-ya verilən məlumata görə, yeni konsepsiya əsasında təqdim edilən Sabirabad və Masallı filialları müvafiq olaraq Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 33 və Masallı şəhəri, Heydər Əliyev prospekti, 91 ünvanında fəaliyyət göstərir.
Bankın yeni konsepsiyası əsasında təqdim edilən Sabirabad və Masallı filialları müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.