• İQTİSADİYYAT

    11:17 15 aprel 2019

“Kapital Bank” Ukraynanın “Privat Bank”ı ilə sürətli pul köçürmə sistemi çərçivəsində tərəfdaşlığa başlayıb

“Kapital Bank” Ukraynanın qabaqcıl banklarından olan "Privat Bank" ilə “Xəzri” sürətli pul köçürmə sistemi çərçivəsində tərəfdaşlığa başlayıb.

“Kapital Bank”dan ONA-ya verilən məlumata görə, artıq müştərilər "Privat Bank"ın çoxsaylı (2 500 artıq məntəqə) filiallarında “Xəzri” sistemində köçürmə və ödəniş əməliyyatları apara bilərlər. Köçürmələrə görə müştərilərdən 1% (minimum 2 USD/EUR) komissiya haqqı tutulur.

Əlavə olaraq Ukrayna ərazisində yerləşən “Kapital Bank”ın çoxsaylı partnyolarının ("Oşadbank", "Praveks Bank", "Akkordbank", "Kristalbank" və "İbox Bank") məntəqələrində də “Xəzri” sistemi ilə əməliyyatların aparılması mümkündür.

Həmçinin ölkə daxilində 1 000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı və "MilliÖn" ödəniş terminalları vasitəsilə etmək mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq “Kapital Bank” bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankların filiallarından komissiyasız nağdlaşdıra bilərlər. Ölkədaxili köçürmələrə görə müştərilərdən 0,8% (minimal 1 AZN) komissiya haqqı tutulur.

Qeyd edək ki, “Xəzri” hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. 2018-ci il üzrə sistem vasitəsilə 400 minə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR